AranNews- İranın voleybol üzrə yığma komandası Yay Olimpiya Oyunlarına vəsiqə xarakterli keçirilən turnirin son rəqabətində Venesuella komandasına da qalib gələrərk 6 qələbə və bir məğlubiyyətlə bu yarışlardakı öz fəaliyyətinə yekun vurub
Tokyoda Yay Olimpiya Oyunlarına vəsiqə xarakterli keçirilən turnirin son günü İran və Venesuella voleybol yığmalarının yarışı ilə başlandı.
İran yığma komandası özünün son rəqabəti olan bu yarışda 3-2 hesabı ilə qələbə qazanaraq Tokyo yarışlarını 6 qələbə və 1 məğlubiyyətlə sona vurdu.
İran voleybolçuları bu günkü yarışın 2 və 3-cü setlərində 29-27 və 25-21 hesabı ilə Venesuella komandasına məğlub oldu lakin 1-4 və 5-ci setlərdə 25-23,25-18 və 15-8 hesabı ilə qələbə çaldı.
Dünən Polşa yığması ilə yarışmada Olimpiya yarışmalarına vəsiqə qazanmağa nail olan İranın voleybol üzrə yığma komandası Venesuellanı da məğlub edəndən sonra müvəqqəti olaraq cədvəlin başında durdu.