Arannews- Müqəddəs Ramazan ayının gəlişi dünyanın bütün ölkələrində yaşayan müsəlmanların sevinci ilə qarşılanır.
Rusiyanın paytaxtı Moskvada da Ramazana hazırlıq işləri aparılır. Şəhərin mərkəzi məscidinin qarşısında bu ayla əldaqədar olaraq, hər gün təxminən 700 nəfərin iftarını verməsi üçün nəzərdə tutulmuş çadır qurulub.
İyunun 6-sı Moskvanın Memorial məscidində "Ramazan çadırı 2016" nın açılış mərasimi keçiriləcək.
Rəsmi olaraq "Ramazan çadırı" 7 iyundan 4 iyula kimi (Orucluq bayramına kimi) öz qonaqlarını qəbul edəcək. Təşkil olunmuş "Ramazan çadırı"nı 20 000 insan ziyarət edə biləcək. Çadırın salınan ərazi 700kv metirə bərabərdir.
Ramazan ayı boyunca hər gün eksküziv videosüjetlər və təqdimatlar, rəngarəng yaradıcı çıxışlar, sənət, elm və idman xadimləri ilə görüşlər təşkil olunacaq.
Qeyd edək ki, artıq 10 ildən çoxdur ki, Moskvada iftar çadırı qurulur.