Tarix : 2016 Jun 06
Kod 49121

Liviya ordusu strateji əhəmiyyətli aviabazanı İŞİD-dən azad edib

Liviya ordusu ölkənin şimalındakı Sirt şəhərinin yaxınlığında yerləşən “Qardabiya” aviabazasını İŞİD silahlılarından azad edib.
AranNews, xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələr komandanlığının rəsmi nümayəndəsi polkovnik Məhəmməd əl-Qasri bildirib.  
Qeyd edək ki, Liviya ordusu iyunun 3-də İŞİD-in bu ölkədəki əsas dayaq məntəqəsi hesab edilən Sirt şəhərinə daxil olub.  
Polkovnik Əl-Qasrinin sözlərinə görə, Sirt şəhərinin mərkəzindən 20 km aralıda yerləşən “Qardabiya” aviabazası strateji əhəmiyyətə malikdir. Əməliyyat zamanı 3 hərbçi həlak olub, 5 nəfəri yaralanıb.
  • Yazılıb
  • da (də) 2016 Jun 06
  • Göndərən مدير سايت Aran News