Liviya ordusu ölkənin şimalındakı Sirt şəhərinin yaxınlığında yerləşən “Qardabiya” aviabazasını İŞİD silahlılarından azad edib.
AranNews, xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələr komandanlığının rəsmi nümayəndəsi polkovnik Məhəmməd əl-Qasri bildirib.
Qeyd edək ki, Liviya ordusu iyunun 3-də İŞİD-in bu ölkədəki əsas dayaq məntəqəsi hesab edilən Sirt şəhərinə daxil olub.
Polkovnik Əl-Qasrinin sözlərinə görə, Sirt şəhərinin mərkəzindən 20 km aralıda yerləşən “Qardabiya” aviabazası strateji əhəmiyyətə malikdir. Əməliyyat zamanı 3 hərbçi həlak olub, 5 nəfəri yaralanıb.