Tarix : 2016 Jun 06
Kod 49122

Müasir dünya İmam Xomeyninin (Rə) birlik tövsiyələrinə çox ehtiyaclıdır

Çinli Alim: Çinlilər İmam Xomeyni deyəndə sadəlik və birlik simvolu təsəvvür edirlər.
AranNews- Çinin Hunan Universitetinin tanınmış alimi doktor Vo Çunqun İran İslam İnqilabı ilə bağlı fikirlərini paylaşıb.
İran İslam İnqilabı İslam mədəniyyətini çox dəyişdi. İslam dünyası mövzusunda araşdırma aparan alim İrana göz yuma bilməz. İmam Xomeyni dünyanın böyük və mənəvi liderlərindən olub. Bu böyük şəxsiyyətin xatirə mərasimi onu zehnlərdə yaşatmaq üçün mühüm tədbirdir.
Çinlilər İmam Xomeyni deyəndə sadəlik və birlik simvolu təsəvvür edirlər. Ondan qalan irsin bu gün də xatırlanması lazımlıdır.
Çin müsəlmanları İmam Xomeyninin çin dilinə tərcümə etdiyim kitabı vasitəsilə onun dəyərli düşüncələri ilə tanış ola bilərlər. Müasir dünya İmam Xomeyninin birlik tövsiyələrinə çox ehtiyaclıdır.
  • Yazılıb
  • da (də) 2016 Jun 06
  • Göndərən مدير سايت Aran News