Təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi Pakistanda şiələrə qarşı zorakılıqlar barədə xəbərdarlıq edib.
AranNews- Ayətullah Məkarim Şirazi bir bəyanat yayaraq Pakistanda şiələrə qarşı zorakılıqlardan nigaran qaldığını bildirib və beynəlxalq qurumlardan xüsusi ilə Pakistan rəhbərliyindən müsəlmanların vəhdətinə xələl gətirən bu kimi halların qarşısını dərhal almalarını istəyib.
Ayətullah Məkarim şirazinin bəyanatında deyilir: Pakistanda hərbçilər və bəzi dövlət qurumları vasitəsi ilə şiələrə qarşı kobud hərəkətlər çoxlu sayda şiənin aclıq elan etməsi ilə nəticələnib və onların bəzilərinin durumunun ağır olduğu deyilir.
Ayətullah Məkarim Şirazi deyib: İran İslam Respublikası, Pakistan dövləti və xalqı ilə ən yüksəs səviyyədə dost və qardaş münasibətlərə malik olmaq istəyir lakin vəhabi ünsürlər tərəfindən həyata keçirilən bu kimi hərəkətlər dünya şiələri xüsusi ilə də İran şiələri üçün dözülməzdir.