Sumqayıt Məhkəməsi İntiqam Əliyevə 10 gün müddətinə ölkədən çıxışına icazə verib.
Arannews- Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə hüquqşünas İntiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxışına icazə verilib.
Bunu hüquqşünasın oğlu Nəcmin Kamil bildirib.
İ.Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün iyunun 5-də Strasburqa yola düşüb.
O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək.
Konfransın işində AŞ insan haqları komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökumət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər.