Səud rejiminin başçılığı ilə qurulan kolisiya qüvvələrinin qınayan BMT onu uşaq haqlarını qorumayan qüvvə kimi qara siyahıya daxil edib.
AranNews, “İslaminSesi”-nə istinadən bildirir ki, bu barədə hesabat açıqlayan BMT-nin Baş katibi Pan-ki Moon səud rejiminin uşaq haqlarını ciddi şəkildə pozduğuna görə qara siyahıya salındığını bildirib. Hesabatda "Keçən il Yəməndə qətl edilən uşaqların məsuliyyəti Səud rejiminin üzərindədir"- ifadəsi işlədilib.
Qeyd edək ki, 2015-ci ilin martından Yəmən etdiyi müdaxilədən sonra Səud rejiminin başçılıqü etdiyi koalisiyanın əsas vurduğu hədəflər məktəblər və xəstəxanalar olub.