İsveçrədə müsəlman tələbələrə görünməmiş qadağa və haqlarının tapdalanmasına zəmin yaradan qaydalar tətbiq olunub.
AranNews- İsveçrənin Bazel Land şəhərində 2 ay öncə müsəlman şagirdlərə qarşı sərt təhsil qaydaları qəbul olunub.
Ölkənin "The Local" nəşri məlumatı yayıb. Nəşrin yazdığına görə, müsəlman şagirdlərin əks cinsdə olan müəllimlə əl ilə görüşməkdən imtina etməsi onların valideynlərinin 5 min frank (7533 AZN) cəza ödəmələrinə səbəb olacaq. Qaydalar iki gəncin öz müəllimlərilə əllə görüşməkdən imtina etməsindən sonra gündəmə gəlib.
Bu addım, rəsmi təhsil qurumları tərəfindən cinsiyyət ayrımı və İsveçrə mədəniyyətinə zidd hərəkət olaraq dəyərləndirilib. Əllə görüşmək istəməyən şagirdlərin valideynləri isə, bu məsələnin onların inancı olduğunu xatırladıblar.
Qeyd edək ki, İslama görə, nikah əqdi olmadığı, o cümlədən yaxın qohumluq bağı olmayanlar (red: oğlana xala, bibi, nənə, ana, bacı və s. məhrəm sayılır) qarşı cinslə əllə görüşməsi icazəli deyil.