Hadiyə Həlf Abbas ölkə tarixində ilk dəfə yeni seçilmiş Xalq şurasının sədri seçilib.
AranNews- Xanım Abbas parlamentdə Deyr-əz- Zor əyalətini təmsil edir.
parlament sədrinin müavini rejissor Nəjdat Ənzur seçilib. Parlamentin ali təmsilçilərinin adları ötən həftənin bazar ertəsi günü parlamentin ilk iclası zamanı çəkilib.
Xatırladaq ki, Suriyada parlament seçkiləri aprel ayında keçirilmişdi.
Parlamentdəki 250 yer uğrunda 3,5 min namizəd mübarizə aparırdı. Seçki məntəqələri bütün ölkə üzrə, İdlib və Rəqqa əyalətləri istisna olmaqla açılmışdı.