Pakistanlı etirazçılar ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisinə hücumlarına etiraz ediblər.
AranNews- Aksiya iştirakçıları əllərində plakatlar tutaraq və Amerika əleyhinə şüarlar səsləndirərək Amerikanın uçan pilotsuz aparatlarının Pakistan ərazisinə hücumuna etirazlarını bildiriblər.
Etiraz aksiyasının iştirakçılarından Hafiz Məhəmməd Səid deyib:
Allah inşallah bizim ölkəmizi qoruyacaqdır. Mən Pakistan ordusu qərargahının rəisi general Rahil Şərifdən istəyirəm ki, öz vəzifəsini yerinə yetirsin və Amerikanın uçan pilotsuz aparatları Pakistan ərazisinə daxil olduğu zaman onları vursun. O əlavə edib: Bütün Pakistan sizi dəstəkləyəcək.