Tarix : 2016 Jun 07
Kod 49133

Gürcüstanin baş nazirindən müsəlmanlara təbrik

Giorgi Kvirikaşvili: "Mən Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar müsəlman soydaşlarımızı ürəkdən təbrik edirəm".
Arannews- Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Müqəddəs Ramazan ayının başlanması münasibəti ilə müsəlmanları təbrik edib.
 baş nazirin təbrikdə deyilir:
"Mən Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar müsəlman soydaşlarımızı ürəkdən təbrik edirəm. Ramazan müsəlmanlar üçün vacib və əhəmiyyətli bir aydır. Mən sizə xoşbəxtlik arzulayıram. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra da inkişaf edəcək və güclənəcək. Bizim sevinc və qardaşlıq içində yaşamağımız ölkəmizi daha da möhkəmləndirəcək”.


  • Yazılıb
  • da (də) 2016 Jun 07
  • Göndərən مدير سايت Aran News