Arannews- Azərbaycanın ATƏT-də səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul olunub .
Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupu Azərbaycanın ATƏT-də səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul edib.
Sənəd fraksiyanın iyunun 4-də keçirilmiş yığıncağında qəbul olunub. İclasda qəbul olunmuş altı qətnamənin 3-ü Cənubi Qafqazla bağlı olub.
“Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək: Avropa institutlarına çağırış” adlanan qətnamədə ALDE qrupu səsvermə hüququnun dayandırılması ilə yanaşı, Avropa Parlamentinə Azərbaycana qarşı sanksiya tətbiq etməyi təklif edib.