dünya bazarında neftin qiymətinin düşməsi və Kremlin Ukrayna siyasəti Rusiya iqtisadiyyatına olduqca mənfi təsir göstərib.
Arannews- Rusiyanın MDB ölkələri istisna olmaqla, bu ilin yanvar-may aylarında xaricdən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz geriləyərək 57,2 milyard dollar təşkil edib.
bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında deyilib.
Məlumata görə, ən böyük geriləmə kimyəvi, ərzaq və sənaye mallarında müşahidə olunub.
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və Kremlin Ukrayna siyasəti Rusiya iqtisadiyyatına olduqca mənfi təsir göstərib. Ölkə iqtisadiyyatının həcmi ötən il 3.7 faiz azalmışdı.