Tarix : 2016 Jun 07
Kod 49142

Lavrov: "Rusiya heç vaxt NATO-ya hücum etməyəcəK"

XIN RƏHBƏRİ: "Rusiya heç vaxt Şimali Atlantik İttifaqının hər hansı ölkəsinə hücum etməyəcək.Bizdə belə bir plan mövcud deyil."
Arannews- “Rusiya heç vaxt Şimali Atlantik İttifaqının hər hansı ölkəsinə hücum etməyəcək”.
Arannews rusiya medialarina istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizdə belə bir plan mövcud deyil. Düşünürəm ki, bu haqda NATO-da da əla bilirlər. Amma sadəcə olaraq Rusiya sərhədlərində daha çox texnika və batalyon yerləşdirmək üçün bəhanə kimi istifadə edirlər”, – Rusiya Xarici İşlər Nazirliyinin başçısı bildirib.
Nazirin sözlərinə görə, ciddi analitiklərin heç bir şübhəsi yoxdur ki, NATO hazırda öz mövcudluğunun yeni mənasını uydurmaq üçün Ukrayna münaqişəsindən istifadə edir.
Qeyd edək ki, 8-9 iyul tarixlərində Varşavada NATO-nun sammiti keçiriləcək. Sammitdə Şərqi Avropada Şimali Atlantika blokunun gücləndirilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Söhbət Rusiya sərhədləri yaxınlığında NATO-nun altı min hərbi qulluqçusunun yerləşdirilməsindən gedir.


  • Yazılıb
  • da (də) 2016 Jun 07
  • Göndərən مدير سايت Aran News