Tarix : 2016 Jun 07
Kod 49143

İŞİD kimyəvi silahla təchiz edilmiş kamidakzelər hazırlayır

İraq Kürdistanının silahli qüvvələrinin – kürd peşmərqəsinin generalı Əkrəm Məhəmməd Əbdülrəhaman bildirib ki, İŞİD terror təşkilatı kimyəvi silahla təchiz edilmiş terrorçu-kamikadzeləri hazırlayır.
AranNews-un məlumatina görə, bu cür “canlı bombalar” Suriya və İraqda cəbhələrdə istifadə edilə bilər.
General Əkrəm Muhəmməd Əbdülrəhman bu barədə deyib: “Son zamanlar İŞİD yaraqlıları tez-tez kamikadzelərdən istifadə etdiyi kimi, kimyəvi silahdan da istifadə edirlər, üstəlik əgər əvvəl onlar yetgin insalar idilərsə, indi onlar yeniyetmələrdirlər. Bizim kəşfiyyatımızın əldə etdiyi məlumata görə, terrorçular iki taktikanı birləşdirərək kamikadzeləri kimyəvi silahla təchiz etmək üsulu hazırlamağa hazırlaşırlar. Onlar bu cür “canlı bombaları” cəbhədə istifadə edəcəklər.”
General onların Avropa da daxil olmaqla xaricdə istidafə edilə biləcəyini də istisna etməyib.
İŞİD terrorçuları kürd qoşunları və İraq ordusunun mövqelərinə hücum etmək üçün dəfələrlə İraq və Suriyada kimyəvi silahdan istifadə ediblər. Bəzi məlumatlara əsasən, terrorçular kimyəvi silahları tutulmuş Mosul şəhərinin universitetində düzəldirdilər.
  • Yazılıb
  • da (də) 2016 Jun 07
  • Göndərən مدير سايت Aran News