Tarix : 2016 Jun 08
Kod 49146

Əl-Əqsa məscidi barədə bilmədiyiniz 8 fakt

Əl-Əqsa məscidi islam tarixində və müsəlmanların qəlbində xüsusi yer tutur.
AranNews, “İslam.az”-a istinadən xəbər verir ki, Əl-Əqsa islamın üçüncü müqəddəs məkanıdır. Həzrət Məhəmməd (s) peyğəmbərin Məkkədən Qüdsə gecə səyahəti və onun meraca qalxması bu yerlə bağlıdır.
məscidin şöhrətinə baxmayaraq aşağıda sadalanan faktlar bir çoxlarına bəlkə də məlum deyil:

1. Əl-Əqsa təkcə məscid deyil.
Biz onun məscidlər kompleksi olduğunu bilirik, əl-Əqsanın özünü isə kompleksin cənub küncündəki tikili kimi təsəvvür edirik. Lakin həqiqətdə bu Qiblə məscididir. Çünki o, Qibləyə digər məscidlərdən daha yaxında yerləşir. Bütün dağ Əl-Əqsa məscididir.

2. Əl-Əqsa dəfn yeridir.
Burada neçə peyğəmbər və səhabənin dəfn edildiyi barədə dəqiq məlumat yoxdur. Məsələn, ehtimal edilir ki, Süleyman peyğəmbər (ə) məhz burada dəfn edilib.

3. Əl-Əqsa ərazisi zibilxana olub.
Yəhudilərə şəhərdə yaşamaq qadağan edilən dönəmdə romalı sakinlər bu məscidin ərazisindən zibillik kimi istifadə ediblər. Şəhər azad edilən zaman yəhudilərin əsrlər boyu davam edən sürgününə son qoyulub və ilk olaraq 70 ailəyə Qüdsdə yaşamaq hüququ verilib.

4. İmam Qəzzali (Əbu Həmid Məhəmməd ibn Məhəmməd Qəzzali Tusi) əl-Əqsada yaşayıb və yaradıb.
Dahi alim Əbu Həmid Əl-Qəzzalinin islam ədəbiyyatının məşhur kitablarından olan “İhya Ülum əd-Din” Əl-Əqsa məscidi divarları arasında yazılıb. Az adam bilir ki, məşhur alim həyatının müəyyən dönəmini məhz burada yaşayıb.

5. Əl-Əqsa at tövləsi, saray və ölüm hökmünün icra edildiyi məkan olub.
İlk səlibçilər Qüdsü ələ keçirdikləri zaman müsəlmanların əksəriyyətinin Əl-Əqsa məscidində bağlı halda aşkarlayıblar. Səlibçilər oradakı müsəlmanların təxminən 70 minini qətlə yetirib, Qiblə məscidinin özünü isə saraya çeviriblər. Qaya günbəzini kiçik kilsəyə, aşağı otaqları isə at tövləsinə çeviriblər. Kütləvi qətliamda sağ qalan müsəlmanlar daha sonra məscidin mərkəzində böyük xaçlar üzərində çarmıxa çəkiliblər. Həmin yerdə xaçın təməlini bu gün də görmək mümkündür.

6. Əfsanəvi minbər
Nuruddin Zəngi (1146-cı ildən Hələbin səlcuq atabəyi  və Dəməşq əmiri) Əl-Əqsa məscidi səlibçilərdən geri qaytarıldıqdan sonra (Zəngi bundan əmin idi) bu məsciddə quraşdırılması üçün tikilən xüsusi minbərə malik idi. Bu minbər çox gözəl olub və heç bir mismar və yapışqandan istifadə edilmədən hazırlanmışdı. Təəssüf ki, Zəngi səlibçilər üzərində qazanılan qələbəni görə bilməyərək vəfat edib, lakin onun şagirdi Səlahəddin ustadının istəyini həyata keçirib və Qüds azad edildikdən sonra minbəri məsciddə quraşdırıb. Təəssüf ki, minbər günümüzə qədər gəlib çatmayıb.

7. Qaya günbəzi əvvəllər başqa görkəmə malik olub.
Qaya günbəzi islam tarixində ilk günbəzdir. O taxtadan olub, yuxarı hissəsi keramikadan hazırlanıb, lakin təxminən min il sonra Osmanlı hökmdarı Sultan Süleymanın (1520-1565) hökmdarlığı zamanında ona qızıldan olan qat əlavə edilib, bundan əlavə bina fasadına kirəmit vurulub.

8. Əl-Əqsada yanğın baş verib.
1969-cu ildə avstraliyalı Nuriddin minbəri yandırıb, nəticədə məscid alova bürünüb.
  • Yazılıb
  • da (də) 2016 Jun 08
  • Göndərən مدير سايت Aran News