4 gün davam edəcək bu iclasda 26 ölkədə nəqliyyat nazirlikləri və dəmiryolu idarələrinin nümayəndələri iştirak edirlər.
Arannews- Bakıda Dəmiryolu Əməkdaşlıqları Təşkilatının iclası keçirilir.4 gün davam edəcək bu iclasda 26 ölkədə nəqliyyat nazirlikləri və dəmiryolu idarələrinin nümayəndələri iştirak edirlər.
İran İslam Respublikasından bu iclasa dəmiryolu qaynaqlarının idarə edilməsi məsələləri üzrə sədr müavini Məhəmməd Rza Nüsrət Nizami və İranın baş dəmriyolu idarəsinin tranzit və nəqliyyat şöbəsinin müdiri Rza Lütfi iştirak edirlər.
Təşkilatın 2015-ci il üçün fəaliyyəti barədə hesabatın təqdim edilməsi , təşkilatın beş komissiyasının hesabatlarının araşdırılması, təşkilatın yeni nizamnaməsinin qəbul edilməsi məqsədi ilə iclasın keçirilməsi, 2017-ci il üçün nəzərdə tutulan proqramların araşdırılması, təşkilatın büdcə məsələləri və üzvlük haqqı Bakıda keçirilən iclasın iş gündəmində duran əsas məsələlərdir.