Tarix : 2016 Jun 08
Kod 49154

Ukrayna Azərbaycan Respublikasina hərbi nəqliyyat təyyarəsi satib

Azərbaycan Ukraynadan 10 ədəd An-178 təyyarəsi alıb.
Arannews- Ukraynanın “Antonov” dövlət şirkəti ilə Azərbaycan arasında 10 ədəd An-178 təyyarələrinin satışına dair müqavilə imzalanıb.
Arannews  Ukraynanın medialarina istinadən verdiyi məlumata görə, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib.Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. 
Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
Qeyd edək ki, An-178 hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib. An-178 hərbi nəqliyyat təyyarəsi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir həftə əvvəl “Antonov” zavodunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə “Antonov” təyyarələrinin satışı barədə razılığa gəldiklərini açıqlayıb.


  • Yazılıb
  • da (də) 2016 Jun 08
  • Göndərən مدير سايت Aran News