neft və qazın kəskin ucuzlaşması səbəbindən Rusiyanın gəliri 30% azalıb.
Arannews- Rusiyanın 2016-ci ilin yanvar-aprel aylarında qaz ixracından gələn gəlirləri $ 10,781 mlrd. təşkil edib. Bu 2015-ci ilin analoji göstəricidən 28,9% azdır. bu barədə "RİA Novosti" agentliyi Federal Gömrük Xidmətinə istinadən yazıb.
Cari ilin ilk dörd ayı ərzində Rusiya 66,2 mlrd. kubmetr qaz ixrac edib. Bu rəqəm 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 11,4% yüksəkdir. Lakin ixracatın yüksəkliyinə baxmayaraq neft və qazın kəskin ucuzlaşması səbəbindən Rusiyanın gəliri 30% azalıb.