Dağlıq Qarabağda yenidən müharibə qızışsa, Qafqaz yenidən silkələnəcək və onun fəsadları daha böyük olacaq.
Arannews- İspaniyanın El Pais nəşri yazır ki, Azərbaycan işğal olunmuş torpaqları geri qaytarmaq üçün Moskva, Paris və Vaşinqtona təsir vasitəsini gücləndiribDünya ictimaiyyəti Azərbaycanın dağlıq ərasizində yerləşən və Ermənistan tərəfindən işğal edilən torpaqlarda yeni bir müharibənin şahidi olacaqlarmı?
Bu sualın cavabı indi çoxlarını düşündürür, çünki bu ilin aprel ayında Dağlıq Qarabağda münaqişə yenidən qızışmışdı.
Rəsmi Bakı isə 1994-cü ildən dondurulmuş bu münaqişəni həll edə bilmir. Əslində onun həlli ATƏT tərəfindən yaradılan Minsk Qrupuna həvalə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyevin fikrincə, torpaqların işğalından sonra yaranan status-kvo Azərbaycanı qane etmir.
Ermənistan hazırda 4 min kvadrat km ərazisi olan Dağlıq Qarabağa və onun ətrafındakı (8 min kvadrat km) 8 administrativ dairəyə nəzarət edir.
Bakı münaqişənin sülh yolu ilə həllinə çalışır. Ancaq buna baxmayaraq Azərbaycan 4 günlük aprel müharibəsində 20 kvadrat km ərazini və bir neçə yüksəklikləri geri qaytarıb.
Azərbaycanlılar hesab edir ki, ermənilər sülhə nail olmaq üçün öncə silahlı qüvvələrini Dağlıq Qarabağdan geri çəkməlidirlər.
Ermənistanın nəzarətində olan Füzuli rayonunda dünyaya gələn Milli Məclisin sədr müavini Bahar Muradova bildirir ki, Minsk Qrupu Ermənistana təsir edə bilər: “Bu qurum sülh istəyirsə, nəyə görə ermənilərə öz qoşunlarını çıxartmaq üçün heç bir söz demir”.
Əgər Ermənistan qoşunlarını bu münaqişə zonasından çıxartmasa, görəsən Azərbaycan yenidən müharibəyə başlayacaqmı?
Bu sualın cavabının tapılacağının özü isə yenə də sual altındadır. Ancaq bəllidir ki, Dağlıq Qarabağda yenidən müharibə qızışsa, Qafqaz yenidən silkələnəcək və onun fəsadları daha böyük olacaq.