Tarix : 2016 Jun 08
Kod 49159

Türkiyənin gərginlik yaratması, Rusiyanın idarəçiliyi

Qarabağ böhranı, regional və beynəlxalq oyunçuların rolu - Cəfər Xaşe

Azərbaycan-Ermənistan arasında son bir neçə günlük müharibənin nəticələri ilə bağlı Azərbaycan rəsmilərinin verdiyi məlumatlara görə bu ölkənin ordusu müasir silahlardan istifadə etməklə bir neçə strateji yüksəkliyi və bir kəndi Ermənistan qüvvələrindən geri ala bilmişdir.
AranNews– 2016-cı il 2-6 aprel arası 22 illik Qarabağ atəşkəsi pozularaq tam miqyaslı müharibə üçün şərait yarandı. Başlanmış ağır döyüşlər sürətlə atəşkəslə sonunclansa da donmuş Qarabağ konfliktində iki onillikdən sonra önəmli dəyişiklik yaratdı. Bunun ən aşkar nümunəsi iki ölkə arasında hərbi balansın Bakının xeyrinə dəyişməsi idi. 
Azərbaycan rəsmilərinin verdiyi məlumatlara görə bu bir neçə günlük müharibədə ölkənin ordusu müasir silahlardan istifadə etməklə bir neçə strateji yüksəkliyi və bir kəndi Ermənistan qüvvələrindən geri ala bilmişdir. Müharibənin nəticəsini onun ölçülərini, qaranlıq bucaqlarını, o cümlədən onun qısamüddətli, məhdud olması, həmçinin məntəqənin digər münaqişələrinə onun təsiri ilə yanaşı qoyub araşdırdıqda belə bir iddia irəli sürmək mümkündür ki, sözü gedən 4 günlük müharibə öncədən planlaşdırılmış olub və müəyyən məqsədlə həyata keçirilmişdir. 
Bu arada regional və beynəlxalq oyunçuların son Qarabağ müharibəsindəki rolu, onun müvəqqəti olaraq dayandırılması, statik durumdan çıxmış böhranın gələcək diplomatiyası haqqında proqnozlar dəxaləti olan çoxsaylı komponentlərə diqqət etməklə daha önəmli xarakter alacaq.
Azərbaycan Respublikasının hərəkətlərini araşdırdıqda belə görünür ki, 2016-cı ilin 4 günlük müharibəsindən öncə bir neçə ay müddətində Bakı hökuməti bəzi ölkələrlə əməkdaşlıq edərək iki prosesi eyni zamanda irəli aparmışdır ki, məhdud, lakin eyni zamanda təsirli bir toqquşma üçün şərait yaransın. Son aylarda Azərbaycan dövləti beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında Ermənistanı məhkum etmək üçün öz təlaşlarını və Minsk qrupunu birbaşa tənqid etməsini artırıb. Bu diplomatik hərəkətlərlə yanaşı Azərbaycanın ordusu ermənilərlə təmas xəttində öz mövqelərini gücləndirib. ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin rəhbəri Ceymz Klipper 31 yanvar 2016-cı ildə Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin dünya üzrə risklərin qiymətləndirilməsinə dair illik məruzəsini təqdim etmişdi. Məruzədə dünyada yarana biləcək gərginliklər sırasında 2016-cı ildə Ermənistanla Azərbaycan arasında gərginliyin yüksək olaraq qalacağından bəhs edilir.
Məruzədə əlavə edilir: “Hazırkı durum sülhdən uzaq və müharibəyə yaxındır”.
Habelə, cari ilin əvvəllərində “Stratfor” internet saytı öz xəbərlərində bildirdi ki, Azərbaycan Respublikası Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun Odundağ yüksəkliyində öz istehkamlarını möhkəmləndirməkdədir və bu hərəkət iki ölkə arasında gərginliyin artmasının mümkünlüyünü təsdiq edir.
Əlbəttə, daxili məsələlərlə paralel olaraq bir sıra regional hadisələr və rəqabətlər də sözü gedən müharibənin baş verməsində çox təsirli olmuşdur.
Bu məsələdə ən çox diqqəti çəkən Rusiya və Türkiyənin oyunçuluğudur.
Bu müharibədə rus senarisinin olması üçün gətirilən faktlar ilk baxışda o qədər də həqiqətdən uzaq deyil. Amma azca dərindən yanaşdıqda görmək olar ki, bu senaridə Rusiya, Qarabağ münaqişəsində öz mövcud vəziyyətini qorumaqla yanaşı regiondakı məqsədlərini də izləyə bilər. Üstəlik, Rusiyanın prezidenti, xarici işlər naziri və müdafiə naziri kimi ali səviyyəli rəhbərlərinin Qarabağda yenidən atəşkəsə nail olmaq istiqamətindəki təlaşları bir daha təsdiq edir ki, Moskva ən azından toqquşmaların uzanımasını istəmir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu toqquşmalar boyunca 5 dəfə azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışıqları apardı, hətta məxfi səfirlərini də Bakıya göndərdi. Nəhayət, Rusiyanın təzyiqləri ilə yenidən atəşkəs yarandı.
Digər tərəfdən münaqişədə Türkiyə senarisinin mövcudluğuna aid faktlar vardır ki, onları görməməzliyə vurmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, Ankaranın Qafqazda nüfuzunu gücləndirməyə meylinin artması son illərdə, xüsusilə də 2015-ci ilin oktyabrından sonra onun Moskva ilə münasibətlərində ciddi gərginlik yaranmasına səbəb olmuşdur. Moskva-Türkiyə gərginliyi Suriya məsələsində onların maraqlarının zidd olmasından başlandı, Ukrayna məsələsində və Krımın Rusiyaya ilhaq edilməsi hadisəsində gərginlik yeni mərhələyə qədəm qoydu. Nəhayət, 2015-ci ilin sonlarında Rusiyanın rəsmi surətdə Suriya böhranına hərbi müdaxiləsi və onun ardınca həmin ilin 24 noyabrında Rusiya təyyarəsinin vurulmasının ardınca bu gərginlik pik həddə çatdı və iki ölkə münasibətlərini həddindən artıq böhranlı durumda saxladı. Həmin ciddi regional keşməkeş çərçivəsində Türkiyə öz strateji hərəkətlərini şiddətləndirmək məqsədilə Azərbaycan və Gürcüstandan Moskvaya qarşı istifadə etməyə cəhd etdi. Bu planın əsas özəyi Bakını Rusiya əleyhinə təhrik etmək, Moskva-İrəvan-İran qarşısında Ankara-Tiflis-Bakı mehvəri formalaşdırmaq üçün Gürcüstanı cəzb etmək idi. Rusiyaya zərbə vurmaq üçün ən əlverişli dəstavüz Qarabağ münaqişəsindən istifadə etmək idi. Bu yanaşmanın sübutlarını son bir neçə ayda Azərbaycan və Türkiyə başçılarının görüş və münasibətlərində izləmək olar. 
Türkiyə KİV-nin xəbərlərinə əsasən Rəcəb Təyyib Ərdoğan yüksək səviyyəli bir heyətlə (10 nazir və dövlətin yüksək çinli rəsmiləri ilə) 18 fevral 2016-cı ildə Azərbaycan səfər etdi. Azərbaycan KİV-i öz xəbərlərində bu görüş üçün Gəncə şəhərinin seçilməsi heç də təsadüfi olmadığını və bunun bir tarixi hadisə ilə ilgili olduğunu bildirdilər: “1918-ci ilin may ayında Nuru Paşa Türkiyə ordusunun başında Gəncə şəhərinə daxil oldu və islami şərqdə ilk demokratik respublikasını təsis etdi (halbuki, Azərbaycan Demokratik Respublikasının qurucusu və onun dövlətinin başçısı Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Bu iddia Azərbaycan Respublikasının öz əli ilə öz tarixini təhrif etməkdir və öz qurduğu dövləti türk komandirinin adına çıxmaqdır). Ona görə də Ərdoğanın Gəncəyə səfər etməsi simvolik dəyər daşıyır və bir daha göstərir ki, Türkiyə yüz il bundan öncə Azərbaycan Respublikasının istiqlalının hamisi olmuşdur”.
Həmin günlər bu qəbil xəbərlər bir sıra suallar qarşıya çıxartdı: Ərdoğan haranı fəth etmək istəyirdi? Məqsəd nədir? Amma indi bəlkə də baş tutmayan o simvolik səfərin nümunəsini dörd günlük müharibənin arasında Türkiyənin mövqeində axtarmaq olar.
15 mart 2016-cı ildə Türkiyədə bomba partlamasına görə Ərdoğanın Azərbaycana səfərinin ləğvinin elan olunmasından sonra Azərbaycan prezidenti Ərdoğanın səfəri üçün yeni vaxtın açıqlanmasını gözləmədi və özü şəxsən yüksək səviyyəli heyətlə Türkiyəyə səfər etdi. Bu səfər çərçivəsində imzalanmış sənədlərin biri iki ölkənin hərbi heyəti arasında “ictimai-mədəni mübadilə” protokoldan ibarətdir. Qeyd olunan sənədə görə Azərbaycan korrupsiyanın qarşısının almaq və hərbi qüvvələrin bacarığını artırmaq üçün Türkiyə generallarını xidmətə götürə bilər. İki ölkənin hərbi qüvvələri arasında ictimai-mədəni mübadilə protokolunun imzalanması çoxlarının diqqətini özünə çəkdi. Azərbaycanın Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) sözü gedən protokolun imzalanmasında məqsədin iki ölkənin yüksək çinli hərbiçilərinin bir-birinin ərazisində qısa, yaxud uzunmüddətli xidmətlər göstərə bilməsi kimi izah etdi. Halbuki, iki ölkə arasında hərbi əməkdaşlıq bundan qabaq da mövcud idi və Türkiyənin Azərbaycanla NATO və bəzi region ölkələri arasında vasitəçi olması, türkdilli ölkələrin birgə ordusu layihəsi tipli müqavilələr və əməkdaşlıqlar var idi. Amma Türkiyə genarallarının Azərbaycan ordusunda xidmətə götürülməsi, özü də aşkar şəkildə gözlənilməz idi. Dörd günlük müharibədən sonra Türkiyə rəsmilərinin mövqeləri də eyni zamanda iki əsas üzərində dayandı: Azərbaycan Respublikasını dəstəkləmək, Rusiyaya xəbərdarlıq etmək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sözü gedən toqquşmdan sonra beynəlxalq təşkilatların məntəqədəki münaqişələr barədə sükut etməsini və müsbət addımlar atmamasını qınadı və Qarabağ münaqişəsinin də Moldovanın şərqində Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Ukrayna münaqişələrinin yanında dayanmalı olduğunu və ona diqqət etməyin zəruriliyini bildirdi.
Sonda demək olar ki, Ankaranın Cənibu Qafqazda Rusiya ilə qarşılaşmaq istəyi Bakının Qarabağ münaqişəsnin durumunu dəyişərək onu gündəmə gətirmək istəyi ilə üst-üstə düşdü və 4 günlük Qarabağ müharibəsini yaratdı. Bu 4 günlük müharibə Rusiya üçün əngəl və əlavə xərc yaratmaq, Rusiya-Ermənistan münasibətlərində gərginlik yaratmaq, Azərbaycanın daxili müxaliflərini sakit etmək, İran sərhədlərində yeni ciddi böhran yaratmaq məqsədlərini izlədi.
  • Yazılıb
  • da (də) 2016 Jun 08
  • Göndərən مدير سايت Aran News