Suriya prezidenti, növbəti dəfə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla bağlı sərt açıqlama verib.
AranNews-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əsəd qeyd edib ki, Hələb şәhәri Ərdoğanın hədəflərinin dəfn olunacağı məzara çevriləcək.
Əsəd bu çıxışını ölkənin yeni parlamentinin iclasında səsləndirib.
"Hələb, baş kəsən Ərdoğanın hədəflərinin və ümidlərinin dəfn olunacağı məzara çevriləcək", - deyə o bildirib.