İŞİD-in Suriyanın Rəqqa bölgəsindəki və İraqın Mosul şəhərindəki neft bazaları hava hücumuna məruz qalıb.
AranNews-un verdiyi xəbərə görə, Rusiya Hava Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın Rəqqa yaxınlığındakı neft bazalarına hava zərbələri endirib.
"Məsdər" agentliyinin məlumatına görə, Rəqqa əyalətinin Əl Mənsur şəhərindəki neft bazalar hava hücumları nəticəsində tamamilə yararsız hala salınıb. Əl Mənsur şəhəri İŞİD-in Suriyadakı "paytaxtı" sayılan Rəqqa şəhərinin 20 kilometrliyində yerləşir.