Neft qiymətinin aşağı düşməsi ilə mailiyyə böhranı yaşayan Səudiyyə Ərəbistan bu ölkədə yaşayan əcnəbilərdən vergi alacaq.
AranNews, xəbər verir ki, Bloomberg yazır ki, Səudiyyə Ərəbistan ölkənin büdcəsinin neftdən asılılığını azaltmaq və milli inkişaf planı çərçivəsində bu ölkədə yaşayıb işləyən milyonlarla əcnəbi vətəndaşdan vergi tutacaq.
Səudiyyə Ərəbistanın maliyyə naziri İbrahim ƏL-Assaf deyib ki, bu təklif öncədən də olub və hazırda nazirliyin gündəmdə olan layihələrindən biridir.
KİV-lərin məlumatına görə, Ərəbistanda işçi qüvvə kimi daha çox Pakistan, Hindistan və digər kasıb ölkələrdən olan işçilər çalışır.