İŞİD terror qruplaşması Fəllucədə Quranların arasına bomba qoyur.
AranNews, xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri deyib.
O deyib ki, İŞİD terror qruplaşması Fəllucə şəhərinin azad olunması üçün maneələr yaradır. "İŞİD Quranlara bomba quraşdırır və üzərinə ayaqqabı qoyur. İŞİD terror qruplaşmasının elədiyi hərəkətlər bu qruplaşmanın İslam dinin təlimlərindən nə qədər uzaq olduğunun göstəricisidir."
Nazir sözlərinə əlavə edib ki, İraqlı mübarizlər işğaldan azad olunmuş ərazilərə girdikdə Qurana qarşı belə hörmətsizliklərin şahidi olurlar. Bu onları narahat edir və İŞİD terror qruplaşması ilə mübarizələrini gücləndirmək üçün səbəb olur.
İbrahim Cəfərinin sözlərinə görə, İŞİD-ə qarşı həm sünni və həmdə şiə döyüşçülər çiyin-çiyinə vuruşurlar. "Döyüşçülərin hamısı bu torpaqlarını övladları və bir-birləri ilə qardaşdırlar. Onlar birlikdə İŞİD əleyhinə vuruşurlar".