Tarix : 2016 Jun 09
Kod 49165

İŞİD Misir ehramlarını partladacaq – ŞOK TƏHDİD

İŞİD terror qruplaşmasın üzvləri Misir ehramlarını partlatmaqla hədələyib.
AranNews, xəbər verir ki, bu haqda qruplaşmanın yaydığı videoçarxda bildirilir. Videoçarxda İŞİD üzvlərindən biri qədim arxitekturanın abidələrini məhv edəcəklərinə söz verib. Daha sonra İraqın Nimrud şəhərindəki Naba məbədinin partladılmasını göstərən kadrlar nümayiş etdirilir. Sonda Misirin Qize və Sfinks ehramlarının şəkili nümayiş olunub. Üzü bağlı olan İŞİD üzvü bildirib ki, təşkilatın vəzifəsi “səhv tikilən” qədim abidələri məhv etməkdir.
İŞİD-in ideologiyasına görə, islamdan öncə inşa edilən bütün abidələr bütpərəstlərin yaradıcılıq məhsulu olduğu üçün məhv edilməlidir.
  • Yazılıb
  • da (də) 2016 Jun 09
  • Göndərən مدير سايت Aran News