İİR-nın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib.
Arannews- Azərbaycan Respublikası Trend İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov Bakıda İranın Azərbaycandakı səfiri Möhsün Pakain ilə görüşüb.
Bu görüşdə İİR-nın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib, iki ölkə rəhbərlərinin siyasi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsinə səy göstərdiklərini vurğulayıb.
Möhsün Pakain İran ilə Azərbaycan respublikası arasında əməkdaşlıqların yüksələn xətt üzrə davam etdiyini vurğulayıb və deyib: Kütləvi İnformasiya Vasitələri iki ölkə münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsində son dərəcə əhəmiyyətli rola malikdirlər.
Görüşdə Trend-in rəhbəri İlqar Hüseynov da rəhbərlik etdiyi agentliyin son illərdə regionda öz fəaliyyətini genişləndirdiyini, beynəlxalq xəbər agentlikləri ilə əməkdaşlıqları gecləndirdiyini xatırladıb və İran İslam Respublikası ilə media əməkdaşlıqlarının genişləndirilməsini istəyib.