Astara-Astara dəmiryolu körpüsü Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafında önəmlidir.
Arannews- Azərbaycanın iqtisadiyyat naziri deyib: Astara-Astara dəmiryolu körpüsü Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafında önəmlidir.
Şahin Mustafayev çərşənbə axşamı "Azərbaycan prezidentinin yeni iqtisadi islahatlarının mühüm cəhətləri" adlı hesabatda bildirib ki, bu dəmiryolu körpüsünün istifadəyə verilməsi iki ölkənin dəmiryolları şəbəkəsini bir-birinə birləşdirməklə yanaşı, iqtisadiyyat, ticarət və yüklərin daşınması sahəsində də ciddi inkişafa səbəb olacaq.
Bu hesabatda həmçinin Azərbaycan dövlətinin tranzit potensiallarının artırılması və tranzit üzrə koordinasiya şurasının yaradılmasını, vahid taariflərdən istifadənin edilməsini və tranzitlə bağlı daha artıq şəffaflığın yaradılmasını qeyd edən nazir Azərbaycan-İran sərhədindən Astara-Astara dəmriyolu körpüsünün salınmasını Şimal-Cənub dəhlizinin mühüm hissəsi adlandırıb.