İran Xarici İşlər Nazirliyi Amerika Konqresi nümayəndələrinin İrana səfər üçün viza istəyinə rədd cavabı verib.
AranNews- Nümayəndələr öncədən seçkinin nəticələri ilə yaxından tanış olmaq, raket sənayesi, Nüvə Razılaşması mövzusunda müzakirə aparmaq üçün İrana səfər etmək istədiklərini bildiriblər. Cavabda deyilir:
Sizin təsəvvürünüzün əksinə olaraq, Amerika Konqresinin vəzifəsi başqa ölkələrə öz istəyini diktə etmək deyil. Amerika Konqresi nümayəndələri dünya iqtidarı deyil. Nüvə Razılaşmasına nəzarət yalnız MAQATE-nin hüququdur və siz belə bir hüquqa malik deyilsiz.
Amerika Konqresinin çıxardığı qərarlar əsasında İrana səfər edən bir qrup şəxs Amerika səfər edə bilməz.
Siz belə səfərləri Amerika üçün təhlükə kimi dəyərləndirdiniz.
1981-ci ildə Amerika İranla diplomatik əlaqələri kəsəndən sonra İran vətəndaşları istisna hallarda böyük çətinliklə BMT iclaslarına qatıla bilib.
Bu günə qədər dünyanın əksər ölkələrindən, o cümlədən Amerikadan ölkəmizə gələnlər olub və bu səfərlər davam edir. Sizin səfər istəyiniz isə müstəqil bir ölkənin daxili işlərinə müdaxilə xarakterli olduğundan müsbət cavablandırılmır.