Tarix : 2016 Jun 09
Kod 49171

Ramazan ayı ərəfəsində Qəzzənin əsas keçidi bağlanıb

Mübarək Ramazan ayı ərəfəsində Misir hökuməti mühasirədə olan Qəzzə zolağı ilə Rəfəh sərhəd keçidinin fəaliyyətinə mane olaraq bölgə sakinlərinə təzyiqi artırıb.
AranNews- Fələstin İnformasiya Agentliyinin məlumatına görə, Misir Qəzzə sakinləri, xüsusilə də xəstələr və onların bu ölkəyə gediş-gəlişinə çoxlu problemlər yaradaraq Rəfəh sərhəd keçidində yeni məhdudiyyətlər tətbiq edib.
Fələstinlilər Rəfəh sərhəd keçidinin Ramazan ayı ərəfəsində bağlanmasından nigaranlıq edib.
Mİsir rəsmiləri də fələstinlilərin bu nigaranlığının ardınca onların problemlərini nəzərə almadan bildiriblər ki, Misir mübarək Ramazan ayının sonlarında Fitir bayramı ərəfəsində Rəfəh sərhəd keçidini yenidən açacaqdır.
Misir, Qəzzə zolağı sakinlərinin yeganə keçidi olan Rəfəh sərhəd keçidini həmişə bağlamaqla təxminən 1 milyon 900 min əhalisi olan iqtisadi və insani vəziyyətin acınacaqlı olmasına səbəb olmuşdur.
  • Yazılıb
  • da (də) 2016 Jun 09
  • Göndərən مدير سايت Aran News