Ərəb qəbilələri birliyinin sədri İranın regiondakı gücünə etiraf edərək deyib: Bəzi ölkələr bu həqiqəti qəbul etmək istəmirlər.
AranNews- Məən Əccərba bu gün Əl-Aləm telekanalına verdiyi müsahibədə Səudiyyə Ərəbistanını regionda təhlükəsizliyi pozduğuna görə kəskin tənqid edərək deyib: Ərəbistanın regiondakı siyasətləri Amerika və İsrailin mənafelərinin təmininə xidmət edir və elə bu da regionun əmn-amanlığının pozulmasına səbəb olub.
Əccəriya deyib: Ərəbistan Amerika və İsrailin mənafelərinin təmininə cəhd göstərir və özünün regiondakı siyasətlərini gerçəkləşdirmək üçün firqəçi və məzhəb fitnəsi planını qarşıya məqsəd qoyub hal bu ki bu siyasət tamamilə yanlış siyasətdir.
Ərəb qəbilələr birliyinin sədri, Səudiyyə Ərəbistanının Yəmən və Suriyada məğlubiyyətə uğramış olduğunu bildirib və deyib: Ərəbistan ordusu Yəməndə heç bir nailiyyətə imza atmayıb, buna görə də, Suriyaya qarçı bir başa hərbi müdaxilə yolu ilə də heç bir uğur qazana bilməyəcək, beləliklə Suriyaya qarşı bir başa hərbi müdaxilə hədələri media təbliğatından başqa heç nə deyil.