Tarix : 2016 Jun 10
Kod 49175

Misir təyyarəsi insidentində Ərəbistan izi

Misir Hava Yolları Şirkətinin rəisi Şərif Fathi, əslində terror hadisəsi baş verdiyini dilə gətirib.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Misirin yüksək çinli dövlət rəsmiləri 19 mayda Fransanın paytaxtı Parisdən Misirin paytaxtı Qahirəyə uçan EgupAir hava şirkətinə məxsus MS804 sərnişin təyyarəsinin qəzaya uğramasında intiharçı versiyasının təsdiqləndiyini bildirib. 
Misir Hava Yolları Şirkətinin rəisi Şərif Fathi əslində terror hadisəsi baş verdiyini dilə gətirib. Qəzaya uğrayan təyyarədə Məhəmməd Əş-Şəmlanın başçılığı altında Fransa terror şəbəkəsinin üzvləri də olub.
Qeyd edək ki, Parisdən Qahirəyə uçan EgyptAir hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radardan itib və sonradan Yunanıstanın Kerpe adasında qəzaya uğramış vəziyyətdə tapılıb.

  • Yazılıb
  • da (də) 2016 Jun 10
  • Göndərən مدير سايت Aran News