Tarix : 2016 Jun 10
Kod 49176

Əl-Əzhər professoru: "Bu şiələrin xoş niyyətlərinin göstəricisidir"

Misirin “Əl Əzhər” universitetinin professorlarından olan Şeyx Əhməd Kərim, ABŞ və Sionist rejiminin məzhəb ixtilafları layihəsinə toxunub.
AranNews, “Rəy əl-Yəum”-a istinadən verdiyi xəbərə görə, universitetin İslam şəriəti müəllimlərindən olan Şeyx Əhməd Kərimə bu barədə deyib: “Yaxın günlərdə bölgədə təəssüb düşüncələrini aradan aparacaq və şiə-sünnü məzhəblərinin yaxınlaşmasına səbəb olacaq sənədli məlumatlar paylaşacağam. Biz bir sıra alimlərlə bu barədə araşdırmalar aparırıq. İki məzhəbin yaxınlaşmasının zəruri hesab edən bu kollektiv, ölkənin rəsmi qurumlarının razılığı ilə yaranıb. Biz, İran çapı olan iki məzhəbin şəriət hökmlərindən söz açan kitabı əldə etdik. Bu kitabda Aişə və Əhli-beyt hədisləri diqqətə alınıb. Bu onların xoş niyyətlərinin göstəricisidir.”
Düşmənin bu barədə hiylələrinin müqabilində durmağın zəruriliyini bildirən Şeyx deyib: “Mən özüm ABŞ və Sionist rejimininin ərəblər və müsəlmanlar arasında ixtilaf yaratmaq planının önündə duracağam. Biz təşəkkür dalıyca deyilik və hədəfimiz müsəlmanların arasında islahın baş verməsidir. Şiə və sünnünün şəriət məsələləri 95% bir-birinə uyğundur.” 
  • Yazılıb
  • da (də) 2016 Jun 10
  • Göndərən مدير سايت Aran News