Tarix : 2016 Jun 10
Kod 49179

Pakistanda aclıq aksiyasına dəstək

Ləyaqət Bəloç: Milli Birlik Şurası qəti şəkildə Müsəlman Vəhdət Məclisinin mövqeyini dəstəkləyir.
AranNews, xəbər verir ki, Pakistan İslam Cəmiyyətinin katibi Ləyaqət Bəloçun rəhbərliyi ilə Milli Birlik Şurasının nümayəndə heyəti İslamabadda aclıq aksiyası keçirən Müsəlman Vəhdət Məclisinin baş katibi höccətülislam Nasir Abbas Cəfriyə baş çəkib. 
Ləyaqət Bəloç deyib: Əllamə Nasir Abbas Cəfərinin terrorçu fəaliyyətlərə, qanunsuzluğa, fəsada etirazı prinsipial addımdır. O, işdə sübut edib ki, xalqın dərdinə şərikdir. 
Müsəlman Vəhdət Məclisinin tələbləri qanuni tələblərdir və xalqın xeyrinədir. Milli Birlik Şurası qəti şəkildə Müsəlman Vəhdət Məclisinin mövqeyini dəstəkləyir. Lazım gəlsə Şura ictimai təzyiq vasitələrindən faydalanacaq. Biz Əllamə Nasir Abbas Cəfərinin səhhətinə görə narahatıq.
  • Yazılıb
  • da (də) 2016 Jun 10
  • Göndərən مدير سايت Aran News