Təl-Əvivdə, sionist rejimin müharibə nazirliyi və ordu komandanlığı yaxınlığında baş verən silahlı insident nəticəsində 4 sionist ölüb, 7 nəfər yaralanıb.
AranNews xəbər verir ki, Fələstinin Vəfa xəbər agentliyinin verdiyi məlumata görə, 2 fələstinlinin Təl-Əvivin mərkəzində şəhadətsevər əməliyyat törətməsinin ardınca sionist rejim hərbçiləri əl-Xəlilin yaxınlığında yerləşən Yəta qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Yəta qəsəbəsində bufer divarının çəkilməsi və qanunsuz qəsəbələrin genişləndirilməsi ilə mübarizə üzrə Fələstin Xalq Müqavimət Komitəsinin rəsmisi deyib: Çərşənbə günü Təl-Əvivdə 4 sionistin ölməsi və 7 nəfərin yaralanması ilə nəticələnən 2 gəncin əməliyyatının ardınca çoxlu sayda işğalçı qüvvə Yəta qəsəbəsinin ətrafında yerləşdirilib.
Fələstinli rəsmi əlavə edib: Sionist hərbçilər Yəta qəsəbəsinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirərək, 120 000 nəfərlik əhalisi olan bu qəsəbənin girişlərini bağlayıblar."İsrail hərbçiləri Yəta qəsəbəsini mühasirəyə alaraq, şəhərin şərq hissəsinə hücum ediblər. İsrail hərbçiləri Yəta qəsəbəsinə giriş və çıxış icazəsi vermirlər."
Qeyd edək ki, HƏMAS-ın Yəta şəhəri üzrə nümayəndəliyi öz internet səhifəsində elan edib ki, Təl-Əvivdəki əməliyyatını Xalid Musa Məhəmməd Şəhadə və Məhəmməd Əhməd Musa Şəhadə Muxamrə adlı fələstinli gənclər həyata keçiriblər. Onların hər ikisi Həmas hərakatının üzvləridir.
HƏMAS elan edib ki, Təl-Əvivdə qəhrəmancasına həyata keçirilən əməliyyat Ramazan ayında davam edəcək əməliyyatların başlanğıcıdır və Qüds İşğalçı rejim başçılarına bir mesajdır. Fələstin xalqının qəhrəmancasına mübarizəsi davam edir .
Ötən ilin oktyabr ayında Fələstin xalqının III intifadası başlayandan indiyədək Fələstinlilərin öz torpaqlarını və ərazi bütövlüklərini qorumaq məqsədi ilə həyata keçirdikləri şəhadətsevər əməliyyatlar nəticəsində 34 sionist ölüb, 500 sionist isə yaralanıb. Bu əməliyyatlar sionist qəsəbə sakinlərinin Məscid-Əqsaya hücumları, bu məscidin bölünməsi planı və həmçinin fələstinlilərin evlərinin dağıdılmasına cavab olaraq həyata keçirilir.