Abxaziya və Cənubi Osetiya, beynəlxalq ictimaiyyətin köməyi ilə yalnız sülh yolu ilə Gürcüstanın tərkibinə geri qayıdacaq.
Arannews- Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili inanır ki, eks-prezident Mixail Saakaşvilinin səhv hərəkətkləri nəticəsində itirilmiş Abxaziya və Cənubi Osetiya, beynəlxalq ictimaiyyətin köməyi ilə yalnız sülh yolu ilə Gürcüstanın tərkibinə geri qayıdacaq.
İvanişvili jurnalistlərə bildirib ki, torpaqların itirilməsi “Milli hərəkatın” və onun lideri Mixail Saakaşvilinin düşünülməmiş və anlaşılmaz hərəkətlərinin nəticəsidir.
“Sırf sülh yolu ilə, provokasiytalara məhəl qoymadan biz maksimum şəkildə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq və onlarla birgə keçmiş hakimiyyətin səhvlərini bərpa etməyə çalışmalıyıq. Bİz mütlət bizim osetin və abxaz qardaşlarımızı geri qaytara və əraziləri birləşdirə biləcəyik.”, – deyə o əlavə edib.
Xatırladaq ki, 2008-ci il, avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Abxaziyanın müstəqlliyini həmçinin Venesuela, Nikaraqua, Tuvalu, Vanuatu və Nauru da tanıyıb.