İran, Azərbaycan və Rusiyanin nəqliyyat rəsmiləri üç ölkənin şimal-cənub dəhlizini birləşdirmək üçün əzmkarlığı elan ediblər.
Arannews- İran İslam Respublikası, Azərbaycan Respubliaksı və Rusiya Federasiyasının nəqliyyat rəsmiləri Bakıda keçirilən Dəmiryolları Əməkdaşlığı Beynəlxalq Təşkilatının 44-cü iclasında üç ölkənin şimal-cənub dəhlizini birləşdirmək üçün əzmkarlığı elan ediblər.Dəmiryolları Əməkdaşlığı Beynəlxalq Təşkilatının 44-cü 2 günlük iclası bu təşkilata üzv 27 ölkənin dəmiryolu rəsmiləri, o cümlədən İran İslam Respublikası Dəmiryolunun Genişləndirilməsi, İdarəçiliyi və Ehtiyatları Təşkilatının sədr müavini Məhəmməd Rza Nüsrət Nizaminin iştirakı ilə Bakıda işə başlayıb.
İranın Dəmiryolunun Genişləndirilməsi, İdarəçiliyi və Ehtiyatları Təşkilatının sədr müavini bu iclasın ilk günündə etdiyi çıxışında regionda tranzit və nəqliyyatın genişləndirilməsi üçün İranın münasib coğrafi mövqeyinə toxunaraq ümidvarlıq edib ki, yaxın gələcəkdə İranın dəmiryol şəbəkəsi İranın cənubunda Bəndər Abbasdan Azərbaycan Respublikasının Astara şəhərinə birləşəcək.
Məhəmməd Rza Nüsrət Nizami əlavə edib: Şimal-cənub dəhlizi dəmiryolunun təkmilləşməsi nəticəsində məhsulların Hindistandan Oman dənizi, Fars körfəzi, Azərbaycan Respublikası və Rusiya yolu ilə Finlandiyaya nəqli mümkün olacaqdır. Bu, bu yolda yerləşən bütün ölkələr üçün çoxlu imtiyazlar yarada bilər.
Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abid Şərifov da bu iclasda bu ölkənin 2015-ci ildə Şimal-Cənub Beynəlxalq Dəhlizinin təkmiləşdirilməsi anlaşmasına qoşulduğuna toxunub və deyib: Azərbaycan hökuməti bu nəqliyyat dəhlizinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikası Dəmiryol İdarəsinin rəhbəri Cavid Qurbanov da ötən həftə İran, Azərbaycan və Rusiya dəmiryol rəsmilərinin Dəmiryolları Beynəlxalq iclası çərçivəsində görüşdüyünə toxunaraq deyib: Bu görüşdə həmçinin Finlandiyanın dəmiryol rəsmisi də iştirak etdi və razılıq əldə olundu ki, sinaq olaraq bir yük qatarı Hindistandan və şimal-cənub dəhlizi vasitəsi ilə Rusiya istiqamətində hərəkət etsin.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov da şimal-cənub nəqliyyat dəhlizini regionda ən önəmli tranzit yollarından adlandırıb və deyib: Rusiya, Azərbaycan və İran bu beynəlxalq dəhliz çərçivəsində nəqliyyat vasitələri, o cümlədən dəmiryolu xətələrini aktiv şəkildə genişləndirə bilərlər.
Dəmiryolları Əməkdaşlığı Beynəlxalq Təşkilatının 44-cü ilası bu qurumun təsis olunmasının 60 illiyi münasibəti ilə Bakıda keçirilir.