İlham Əliyev və Serj Sarkisyanın Vyana müzakirələrində Qarabağda atəşkəsə riayət olunması barəsində anlaşmasından sonra anlaşmanın ilk günləri ilə müqayisədə iki ölkə qüvvələri arasında qarşıdurmaların sayı artıb.
Arannews- Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağda təmas xəttində atəşkəsə riayət olunması barəsində anlaşmadan sonra, anlaşmanın ilk günləri ilə müqayisədə atəşkəsin pozulma halları artıb.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictiai əlaqələr şöbəsi cümə günü bir bəyanatda bildirib: İlham Əliyev və Serj Sarkisyanın Vyana müzakirələrində Qarabağda atəşkəsə riayət olunması barəsində anlaşmasından sonra anlaşmanın ilk günləri ilə müqayisədə iki ölkə qüvvələri arasında qarşıdurmaların sayı artıb.
Bəyanatda bildirilir: Ötən həftə sutka ərzində Ermənistan tərəfindən atəşkəsin pozulması 17 dəfə idisə, bu say ötən gecə 30 dəfəyə artıb.
4 gün qarşıdurmadan sonra tərəflər arasında 6 apreldə atəşkəsin elan olunması ardınca, Bakı və İrəvan bir-birini atəşkəsi pozmaqda suçlayır.