Rusiya Dövlət Dumasının deputatı Sergey Lavrova sorğu ünvanlayıb.M. Şinqarkin S. Lavrovdan Ermənistana qarşı diplomatik tədbirlər görülməsini tələb edib.
Arannews- Rusiya Dövlət Dumasının deputatı Maksim Şinqarkin Ermənistanda II Dünya müharibəsi zamanı Hitler Almaniyasının tərəfində döyüşmüş Qaregin Njdeyə abidə qoyulması ilə əlaqədar xarici işlər naziri Sergey Lavrova sorğu ünvanlayıb.
M. Şinqarkin bildirib ki, sorğusunda nasizmlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılmasının yolverilməzliyini xatırladaraq S. Lavrovdan Ermənistana qarşı diplomatik tədbirlər görülməsini tələb edib.
Qeyd edək ki, bu ilin mayın 28-də, Ermənistanın Respublika Günündə, Yerevanda Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək səviyyəli şəxslər iştirak ediblər.