Tarix : 2016 Jun 11
Kod 49190

Abxaziya Rusiyanın etibarlı və sədaqətli müttəfiqi olmaqı istəyir

Abxaziyanın baş naziri: “Biz müstəqil dövlət olmaq və böyük Rusiyanın etibarlı və sədaqətli müttəfiqi olmaq istəyirik”
Arannews- Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan etmiş tanınmayan Abxaziyanın “baş naziri” Artur Mikvabiya bəyan edib ki, respublika Rusiyaya birləşməklə bağlı referendum keçirmək niyyətində deyil.
Separatçı hökumətin başçısının sözlərinə görə, Suxumi 2017-ci ildə müvafiq referendumu keçirməyi planlaşdıran Cənubi Osetiyanın nümunəsinə uyğun hərəkət etməyəcək.
“Osetinlər iki yerə bölünmüş xalqdır, yarısı Rusiyada yaşayır, yarısı da Cənubi Osetiyada. Buna görə də, onların birləşmək arzusu var”, - Mikvabiya aydınlıq gətirib.
“Baş nazir” bildirib ki, Abxaziyada vəziyyət fərqlidir.
“Biz müstəqil dövlət olmaq və böyük Rusiyanın etibarlı və sədaqətli müttəfiqi olmaq istəyirik”, - o deyib.


  • Yazılıb
  • da (də) 2016 Jun 11
  • Göndərən مدير سايت Aran News