Özbəkistanda məscid və kafelərdə iftarı qadağan etdilər, səbəb də bunu göstərdilər.
AranNews, “islam-today” saytına istinadənv verdiyi xəbərə əsasən, Özbəkistanda məscidlər, kafe və restoranlardan iftarın keçirilməsi qadağan edilib. Özü də ki, bu cür qadağanın təşəbbüskarı kimi ölkə Müftiliyi çıxış edib.
Müftilik nümayəndəsi şeyx Əbdüləziz Mənsurun sözlərinə görə, qadağa islam tarixi ilə əlaqəlidir.
“Kafe, restoran və məscidlərdə iftarların keçirilməsinə qoyulan qadağa dövlət siyasəti deyildir. Biz bu addımı islam tarixini nəzərə alaraq atmışıq.
Muhəmməd Peyğəmbərin (səas) vaxtında iftar sırf yoxsul insanlar üçün təşkil edilirdi, o kəslər üçün ki, yeməyə heç nələri yoxdur. Həmişə ehtiyacı olanlara qayğının göstərilməsi olan iftar, israfçılıq, təntənə mənbələrinə çevrilib. Biz buna qarşıyıq”. – deyə şeyx qeyd edib.
Maraqlıdır ki, qadağa bununla bitməib. Belə ki, evə iftara çağrılan qonaqların da sayına məhdudiyyətin qoyulması təklif edilir. “Məkkədə iftar ona görə keçirilir ki, ordaki insanların orada evləri yoxdur. Bizim vətəndaşların isə evləri var.Onlar iftarı evlərində, öz doğmalarının və əzizlərinin yanında keçirməlidirlər”. deyə şeyx əlavə edib.