Sionist rejim, əsgərlərini müharibəyə hazırlıq məqsədilə "Hizbullah"la müharibəni əks etdirən video oyunlar oynamağa şövq edir və yeni oyunlar hazırlayır.
AranNews, “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, iki dəfə “Hizbullah”-a məğlub olan Sionist rejimi, bu məğlubiyyətlərinin əvəzini kompüter oyunlarında çıxmaq qərarına gəlib.
sionistlər əsgərlərini müharibəyə hazırlıq məqsədilə və psixoloji durumlarının yaxşılaşdırılması üçün "Hizbullah"la müharibəni əks etdirən video oyunlar oynamağa şövq edir və yeni oyunlar hazırlayır.
Bu barədə mütəxəssislərin fəaliyyətinə start verən sionist rejimi, “Call of duty” kimi məşhur oyunlarda, rejim əsgərlərinin “Hizbullah”-a qalib gəlməsi üçün video oyun dərsləri də keçirlər.
Mənbənin məlumatına görə bu oyunların məqsədi gələcək 5 ildə iki dəstə arasında başlanacaq olan yeni savaşa psixoloji hazırlıqdır.
sionistlər istehsalı bu cür oyunların ərsəyə gəlməsi üçün zaman və pula ehtiyaclarının olduğunu deyərək bildirib: “Bu oyun çox təhlükəlidir. Biz mühüm silahlarımızı düzəltdikdən sonra həmişə bu cür addımlar atırıq.”