İranın Ədliyyə naziri: Mina faciəsi ilə əlaqədar şikayət ərizəsi beynəlxalq dairələrdə izlənilir və bu xüsusda Ərəbistan əleyhinə cinayət işi açılmış olacaq.
AranNews, İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın Ədliyyə naziri Mustafa Purməhəmmədi deyib. O, daha sonra qeyd edib ki, Mina faciəsi işinin izlənilməsi davam edir və bu işlə bağlı şikayət ərizəsinin beynəlxalq dariələrə ötürülməsi yolları araşdırılır.
Purməhəmmədi sözlərinə əlavə edib ki, məsələyə hüquqi qiymətin verilməsi davam edir və işin əsas hissəsi diplomatik orqanlar tərəfindən həyata keçirilməlidir. Məhkəmə Hakimiyyəti də bu prosesin sürətləndirilməsinə kömək edir.
Ərəbistan dövləti beynəlxalq hüquq sisteminə sadiq deyil və bu ölkənin məhkəmələri də müstəqilliyə malik deyillər. Buna görə də Mina faciəsi işinin araşdırılması yolunda böyük maneələr var.
Qeyd edək ki, keçən il Minada baş verən faciədə 464 iranlı zəvvar da daxil olmaqla, minlərlə ziyarətçi həcc mərasimində həyatını itirdi.