İran rəsmisi: biz Türkiyə ilə münaqişə mövzusu olan Mövlananı vəhdət nöqtəsinə çevirmişik.
AranNews, xəbər verir ki, Türkiyə və İran UNESCO-nun (BMT-nin elm, təhsil, mədəniyyət təşkilatı) təklifi ilə Mövlana Cəlaləddin Ruminin Məsnəvisini iki ölkə arasında müştərək ədəbi irs kimi qəbul edib. Mövlana Bəlxdə (Əfqanıstan) anadan olub, Konyada (Türkiyə) dəfn edilib və fars dilində yazıb.
Türkiyə ilə İran arasında razılaşmadan sonra bu razılaşmaya etiraz edən Əfqanıstan XİN-nin rəsmisi Nəsir Əhməd Əndişə böyük şairin həm də Əfqanıstana bağlı olduğunu bildirib.
İran prezidentinin müşaviri Seyid Riza Salehi Əmiri razılaşma ilə bağlı deyib ki, biz Türkiyə ilə münaqişə mövzusu olan Mövlananı vəhdət nöqtəsinə çevirmişik.