Tarix : 2016 Jun 11
Kod 49206

Ali-Səud Rejimi Azərbaycanli Vəhabiləri Maliyələşdirir

Azərbaycan Respublikasında vəhhabilik və ifratçılığın artmasının əsas səbəbi Səudiyyə Ərəbistanın maliyyə dəstəyidir.
Arannews- Azərbaycan Respublikası İslam Partiyasının siyasi şöbəsinin müdiri bu ölkədə vəhhabilik və ifratçılığın artmasında əsas səbəbin Səudiyyə Ərəbistanının maliyyə dəstəyi olduğunu deyib.
Akif Heydərli deyib: Azərbaycanın müstəqillik əldə etməsindən sonra xarci ölkələr xüsusi ilə Səudiyyə Ərəsitanının maliyyə və ideoloji dəstəyi ilə vəhabi və nurçu qrupları geniş vüsət almağa başladı və ölkədə öz nüfuzlarını genişləndirdilər.
Akif Heydərli AİP-in 2000-2004 illərində Azərbaycanda vəhabiliyin yayılması təhlükəsi barədə geniş xəbərdarlıqlarını xatırladıb və deyib: O illərdə bəzi orqanlar " dini balanslaşdırma" baxışı ilə xəbərdarlıqlara ciddi yanaşmırdılar.
AİP funksioneri həmçinin Azərbaycan vəhabilərinin Suriya və İraqdakı terroçu qruplar tərkibində geniş fəaliyyətini xatırladıb və deyib: Onların ölkəyə qayıtmalarından sonra ifratçı düşüncələrin yayılması ehtimalı mövcuddur.


  • Yazılıb
  • da (də) 2016 Jun 11
  • Göndərən مدير سايت Aran News