İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri Azərbaycan Respublikası Dəmiryolu Şirkətinin sədri ilə görüşüb. Bu görüşdə ikitərəfli əməkdaşlıqların genişləndirilməsi barədə razılıq əldə olunub.
Arannews- İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri Əli Nurzad və Azərbaycan Respublikası Dəmiryolu Şirkətinin sədri Cavid Qurbanov şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilmiş əməliyyatı nəzərdən keçiriblər.
bu görüşdə iki ölkə sərhədində Astara çayı üzərində 82,5 metrlik körpünün salınması, Azərbaycan Respublikası Astarası terminalından İran sərhədinədək 8,3 kilometrlik dəmiryolu xəttinin çəkilməsi, eləcə də İran ərazisində həyata keçirilmiş əməliyyatın gedişi nəzərdən keçirilib.
Cavid Qurbanov bildirib ki, Azərbaycan Respublikasının tranzit imkanlarının artırılması istiqamətində atılmış addımlar tələb edir ki, şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi çərçivəsində Azərbaycan Respublikası ərazisində həyata keçirilən əməliyyata daha artıq sürət verilsin.
Əli Nurzad da ümidvarlıq edib ki, şimal-cənub nəqliyyat dəhlizi iki ölkənin iqtisadi əlaqələrinin daha da genişlənməsinə kömək edəcək.
Bu görüşdə həmçinin ikitərəfli əməkdaşlıqların genişləndirilməsi barədə razılıq əldə olunub.