Tarix : 2016 Jun 12
Kod 49209

Nazarbayev Qazaxıstandaki son durumla bağlı çıxış edib

prezident: "Sülh və sabitlik, təhlükəsizlik – bunlar Qazaxıstanın ən əsasən dəyərləridir, əgər bunlar olmasa, ölkənin gələcəyi də olmaz.”
Arannews- Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Aktobedə hücumu təşkil edənlər, ölkəni münaqişələr boşluğuna və terrorizm azğınlığına giriftar etmək istəyirdilər. 
“Siz bilirsiniz, Aktobe şəhərində bir neçə gün öncə biz ilk dəfə irimiqyaslı terror hücumu ilə üzləşdik, bu öz xalqına qarşı yönəlmiş cinayətdir, bu terror aktını bizim ölkəni münaqişələr boşluğuna və terrorizm azğınlığına girifat etmək istəyənlər törədiblər.”,  – deyə Nazarbayev bildirib. 
O qeyd edib ki, Qazaxstan öz reformlarını davam etdirəcək və ölkənin vütün strategiyalarını yerinə yetirəcək. 
“Sülh və sabitlik, təhlükəsizlik – bunlar Qazaxıstanın ən əsasən dəyərləridir, əgər bunlar olmasa, ölkənin gələcəyi də olmaz.”,  – deyə o əavə edib. 
Naməlum silahlı şəxslərdən ibarət dəstə, iyunun 5-i Aktobedəki iki silah mağazasına və hərbi hissəyə hücum etmişdilər. Hücum nəticəsində 7 nəfər dünyasını dəyişib, 38 nəfər isə yaralanıb. Şəhərdə anti-terror əməliyyatı rejimi elan edilib. İndiyədək 18  şəxs zərərsizləşdirilib. 


  • Yazılıb
  • da (də) 2016 Jun 12
  • Göndərən مدير سايت Aran News