Tarix : 2016 Jun 12
Kod 49211

Daha iki məhəllə Fəllucədə işğaldan azad edildi

İraq ordusu Fəllucə şəhəri mərkəzinə yaxın Subeyhat və Fuluhat məhəllələrini işğaldan azad etdi.
AranNews, Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İraq ordusu və könüllü xalq qüvvələri Fəllucə şəhərinin əsas mərkəzinə 5 kilomter məsafədə yerləşən Subeyhat və Fuluhat məhəllələrini İŞİD terrorçularından təmizləyib.
İraq ordusu iki məhəllədə baş verən şiddətli toqquşmalarda 53 İŞİD terrorçusunu öldürüb.
Digər tərəfdən, İraq ordusunun Fəllucə şəhərində İŞİD terrorçularına aid 1 kilometrlik bir tuneli ələ keçirməsi nəticəsində tuneldə gizlənən 220 İŞİD terroçusu təslim olub. Yaxalanan İŞİD terrorçularından 165-i Səudiyyə Ərəbistanı, 5-i Çeçenistan, 16-sı Əfqanıstan, 9-u Misir və 14-nün Türkiyə vətəndaşı olduğu bildirilir. 

  • Yazılıb
  • da (də) 2016 Jun 12
  • Göndərən مدير سايت Aran News