Tarix : 2016 Jun 12
Kod 49213

Yunanınstan paytaxtinda məscid tikintisi qadağan olunub

Yunanıstanın paytaxtı Afinada məscidin olmaması, ölkə müsəlmanları məcburdur anbarlar, qarajlar və şəhər ətrafında tərk edilmiş binalardan namaz qılsınlar.
AranNews, xəbər verir ki, Afinaın ətrafında 100-ə yaxın əlverişsiz bina və eyr var ki, qeyri-rəsmi olaraq bu şəhərin 300 min müsəlmanı tərəfindən ibadət üçün istifadə olunur.   “Bura bir köhnə zavod olub, biz məcburuq əlverişsiz şəraiti olmasına və şəhərdən uzaqda olmasına baxmyaraq buranı kirayə edib, ibadət və təlim işləri ilə məşğul olaq.” –Bunu Afina şəhər ətrafındakı yeraltı məscidlərin birində uşaqlara Quran dərsi keçən müsəlman müəllimə Təyyibə İştiyaq deyib. 
Afinada məscid tikintisi qadağan olunub və bu şəhər Avropada məscid olmayan yeganə paytaxtdır. 
Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura bir müddət öncə demişdi ki, Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar.
O əlavə edib ki, kilsə icazə vermədiyi üçün müsəlmanlar bir məscidə belə sahib deyillər.
Qeyd edək ki, bir müddət öncə Yunanıstan Parlamenti Afinada məscid tikilməsi qərarını təsdiqləyib, ancaq minarəyə icazə verməyib. Gözlənilir ki, cari ilin sentyabr ayında Afinada məscid tikilməsi məsələsi öz həllini tapsın. 
Xatırladaq ki,  iki il öncə də Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb. 
Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır ki, onların 300 min nəfəri Afina şəhərinin sakinidir . /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Jun 12
  • Göndərən مدير سايت Aran News